Birlik Təzkilatı Azura günü ilə bağlı müraciət edib

img

26-12-2009 [01:01]


Azərbaycan Birlik Təşkilatının Aşura günü ilə bağlı Azərbaycan xalqına müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciətdə qeyd olunur: ?Dəyərli həmvətənlərimiz, əziz inanc sahiblərimiz! Biz Məhərrəmlik günlərini yaşayırıq, xalqımızın böyük hissəsi matəm və əza içərisindədir. İmam Hüseyn və Kərbəlanın şəhid və əsirlərinə matəm saxlama artıq bir inanc məsələsi olmaqla yanaşı xalqımızn eyni zamanda milli adət-ənənəsinə çevrilib. Neçə əsrlərdir ki, milətimiz bu günləri yas saxlayır, toy və digər şadyanalıq mərasimlərini keçirmir, Açura gününü isə tam matəmlə qeyd edirlər. İmam Hüseynə əza saxlamaq bizim tariximizdən gələn bir mədəniyyətimizdir. Bu mədəniyyətimizi əlimizdən almaqla xalqımızı tarixinə, mənəviyyatına, inancına dönük çıxmağa sövq etməyə çalışırlar. Azərbaycanlılar tarixən, elə indinin özündə də türk dilli xalqlar içərisində bu mərasimi ən yüksək səviyyədə qeyd etməklə dünya da ad çıxarıblar. Azərbaycanlılar həmişə İslam qayda-qanunları çərçivəsində əzadarlıq etmiş və heç vaxt İslamda haram buyurulan əməlləri bu mərasimlərə qatmamışlar. Əzadarlığımız da, sinə və zəncir vurmağımız da, yas saxlamağımız da şüurlu, elmli, İslam və dövlət qaydaları çərçivəsində olmuşdur, biz dəyərli xalqımızı marasimlərini elə belə də davam etdirməyə çağırırıq. Təbii əzadarlıq mərasimləri həddən artıq kütləvi olduğu üçün bəzi naşı adamlar tərəfindən nöqsanların olması mümkündür, amma bu bütün əzadarlıqlara kölgə sala bilməz. Məscidlərimizi sökənlər, azanımıza qadağa qoymaq istəyənlər, hicabı ismətli müsəlman qadınının başından açmaq istəyənlər, İmam Hüsey əzadarlığına da məhdudiyyət qoymaq istəyirlər, bu İslamafobiyanın davamıdır. Amma bunu dünyada ən Allahsız insanlar etmək istəsələr belə bacarmayıblar və bacarmayacaqlarda, çünki bu matəm ilhi nura toplaşanların mərasimləridir. İslama təziq göstərənlər Allaha müharibə elan edənlərdir, onlar sələfləri kimi heş vaxt uğur qazanmayacaqlar. Dəyərli xalqımız bu mərasimləri yüksək səviyyədə qeyd etməklə İmam Hüseyn məktəbini də öyrənir, bu məktəb azad və mübariz insanların məktəbidir, yoludur. Torpaqları işğal altında olan Azərbaycana məhz bu məktəbdən dərs almaq lazımdır. Biz inanırıq ki xalqımız İmam Hüseynin şəhadəti günü ? Aşura günü əvvəlki illərdə olduğu kimi əzadarlıq mərasimlərində fəal olacaq, geniş şəkildə iştirak edəcək, yüksək səviyyədə qeyd edəcək və bunuala da bu mərasimi məhdudlaşdırmaq istəyənlərə, məscid sökənlərə, azan səsin azaldanlara, hicaba qadağa qoyanlara əməli şəkildə İmam Hüseyn yasında iştirak etməklə cavab verəcək. Bununlada İslam düşmənlərinin bir il ərzində İslama olan hücumlarına müsəlman toplumu yas tutmaqla, ağlamaqla cavab verəcək. Əlbəttə bu müqəddəs mərasimlərin qüdsi anlarında dular da ediləcək və İslam ümətinin düşmənlərinə nifrinlər olunacaq. Allah bizi bu yolda sabitqədəm etsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA