Təhsil Nazirliyi ilə ?Azersun Holding? arasında ?Təhsil müəssisələri ilə əməkdazlıq? protokolu imzalanıb

img

26-12-2009 [12:44]


Bu gün Təhsil Nazirliyi ilə ?Azersun Holding? arasında ?Təhsil müəssisələri ilə əməkdaşlıq? layihəsi çərçivəsində görüləcək işlərlə bağlı niyyət protokolu imzalanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, imzalanma mərasimində nazir Misir Mərdanov və ?Azersun Holding?in prezidenti Abdolbori Goozal iştirak ediblər. Qeyd edək ki, layihə çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirməklə əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması üçün birgə addımların atılması nəzərdə tutulur. Layihəyə uyğun olaraq əvvəlcə Biləsuvar Peşə Liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması, təhsil alan şagirdlərin peşə hazırlığının yüksəldilməsi məqsədilə ?Azersun Holding?in Muğan bölgəsindəki istehsal müəssisələrində istehsalat təcrübəsi keçməsi, peşə təhsili müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, təhsil müəssisəsini müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunması planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA