Azərbaycanla Türkiyə arasında vizasız gediz-gəlizi nəzərdə tutan protokol imzalanmadı

img

25-12-2009 [07:28]


Ankarada səfərdə olan Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu arasında iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişini nəzərdə tutan protokolun imzalanması təxirə salınıb. Nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında verilən məlumata görə Bakı bu məsələ ilə bağlı bəzi texniki məsələlərin həllinin zəruri olduğunu bildirib. Amma sənədin imzalanmasının təxirə salınması barədə ətraflı məlumat verilməyib. Beləliklə, hər iki ölkədən vətəndaşların o biri ölkəyə səfəri zamanı viza alınması zərurəti davam edir. Viza almaqla Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları da Azərbaycanda bir ay qala biləcəklər. Daha uzunmüddətli səfərlər üçün hər iki ölkədən ayrıca icazə alınması tələb olunur. Elmar Məmmədyarov Davudoğlu ilə görüşdən sonra da Türkiyənin prezidenti Abdulla Güllə görüşə gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA