Deputat Pənah Hüseynə Milli Məclisdə çıxız etmək yasaqlandı

img

25-12-2009 [05:42]


Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Milli Məclisdə danışmaq hüququndan məhrum edilib. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, Milli Məclisin bu günkü iclasında ?İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında? qanun layihəsinin müzakirəsi zamanı çıxışa yazılan P.Hüseynə söz verilməyib. Buna aydınlıq gətirmək üçün Pənah Hüseyn ayağa qalxaraq Milli Məclisin sədri Oqtay Əsədovdan ona söz verilməməsinin səbəbini sorusub. ?Bilirəm ki, mənə danışmaq qadağası qoyulub. Zəhmət olmasa, bunu rəsmən elan edin ki, protokola düşsün? deyən deputatın müraciətinə cavab verən spiker bildirib ki, P.Hüseyn dəfələrlə nizamnamə qaydalarına əməl eləmir: ?Sən yenə də nizamnamə qaydalarını pozursan. Ona görə də danışmaq hüququndan məhrum olunmusan. Bununla bağlı sənə rəsmi sənəd təqdim ediləcək. Çıxış etməkdən nə qədər müddətə məhrum olunmağın da göstəriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA