Misir Mərdanov pezə məktəblərinin fəaliyyətinin inkizaf etdiriləcəyini bildirib

img

25-12-2009 [02:26]


Bu gün Bakı şəhərindəki 6 saylı Bakı Peşə məktəbin 40 illik yubileyi qeyd olunur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, jurnalistlərə açıqlama verən Təhsil naziri Misir Mərdanov bildirib ki, bu məktəbdə çalışan bəzi əməkdaşlara Təhsil nazirliyi tərəfindən ?Qabaqcıl Təhsil İşçisi? adı veriləcək: ?Yəqin ki, bu peşə məktəbində bu zamana qədər görülən işlərlə tanış olub, müsbət işləri qeyd etməklə yanaşı, bəzi problemlərinə nəzər salıb, onların həlli yollarını birgə həll etmək düşünürük. Bütövlükdə ölkədə peşə təhsilinin digər pillələrlə müqayisədə prioritet bir sahədir. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti təsdiq etdiyi dövlət proqramı üzrə işlərimizi qururuq. Eyni zamanda bütün pillələrin içərisində ən problemli sayılır. Çünki uzun illər bu sahə diqqətdən kənarda olubdur. Bu gün Azərbaycanın demək olar, əksər peşə məktəblərində istifadə olmuş avadanlıqlar və texnikalar 20-30 il əvvəl alınmış avadanlıqlardır. Ona görə də belə köhnə avadanlıqlar üzərində təhsil alan öyrənən mütəxəssis müasir tələblərə cavab verə bilməz. Bunu nəzərə alaraq, Təhsil Taziriliyi bir neçə müasir tələblərə cavab verən Peşə məktəbləri yaratmışıq. Məsələn Qəbələ rayonundakı tam müasir tələblərə cavab verən peşə məktəbi, İsmayıllı rayonundakı Yeni peşə məktəbinin tikişili gedir. Ölkəmizin gələcək inkişafının təmin etmək üçün təbii ki, peşə məktəblərinə nəzarət olunmalıdır?. Təhsil naziri peşə məktəbləri üçün ayrılan vəsait barəsində də danışaraq bunları bildirdi ki, peşə məktəbi üçün dövlət tərəfindən vəsait ayrılıb. Bu təqribən 2 milyon manatı təşkil edir: ?Mən güman edirəm ki, bu Peşə məktəblərinin inkişafı üçün kömək olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA