Gəncliyin Səsi? ictimai Birliyi Amerikada həbs olunmuz bloqqerə azadlıq istəyir

img

25-12-2009 [01:58]


Bu gün ?Gəncliyin Səsi? İctimai Birliyi ABŞ-da həbs edilmiş bloqqer Hel Ternerin azadlığa buraxılması bəyanatı ilə toplantı keçirib. Birliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda iştirak edənlər daima özünü demokratiyanın özəyi sayan ABŞ-ın insan hüquqlarına qarşı belə davranmasını, öz ölkəsində baş verən bu tip neqativ hadisələrin üstünü örtməklə, digər ölkələrdə baş verən cinayət hadisələrini siyasiləşdirməyini kəskin şəkildə pisləyib. Qeyd edək ki, ABŞ-da müstəqil bloqqer Hel Terner bu ilin iyununda apelyasiya məhkəməsi kollegiyasının 3 hakimini Çikaqo və onun Ouk-Park adlanan şəhərətrafı məhəlləsində odlu silah gəzdirilməsinə tətbiq olunan bəzi qadağaları aradan qaldırmadıqlarına görə hədələyib və öz bloqunda bu barədə məlumat yerləşdirib. Bunun ardınca onu həbs ediblər. Toplantı iştirakçıları baş vermiş olayla əlaqədar olaraq Amerika hökumətinə və dünya birliyinə müraciət edəcəklərini bildirmiş və aktiv hüquq müdafiə təşkilatlarını Hel Ternerin tezliklə azadlığa buraxılması məsələsində aktiv rol oynamalarını xahiş ediblər. Toplantıda Amerika Dövlət Departamentinə və bir sıra beynəlxalq təşkilatlara Azərbaycanda gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin törətdikləri cinayət hadisəsini siyasiləşdirmək əvəzinə, Hel Ternerə kömək etməyi tövsiyyə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA