Məleykə Abbaszadə: ?Əvvəlki illə müqayisədə ali məktəblərə sənəd verənlərin sayı azalıb?

img

25-12-2009 [01:19]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 2009-2010-cu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 112875 abituriyentin sənəd verdiyini deyən M.Abbaszadə vurğulayıb ki, əvvəlki illə müqayisədə sənəd verənlərin sayı 3645 nəfər azalıb. Belə ki, abituriyentlərin 48,80 faizini oğlanlar, 51,20 faizini isə qızlar təşkil edib. TQDK sədri onu da qeyd edib ki, 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub, onların 66619 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında ), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib. Bu il ali məktəblərə 29030 plan yerinin ayrıldıbını deynə M.Abbaszadə onlardan 19725 yer Azərbaycan bölməsinin, 3042 yer rus bölməsinin, qalan 6263 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: ?Qəbul planı 96,48 faiz dolub. Son qəbul imtahanında 3830 nəfər magistraturaya, 28009 nəfər bakalavriaturaya, 6406 nəfər orta təhsil bazasından, 8979 nəfər isə əsas təhsil bazasından texnikumlara daxil olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA