Azərbaycan Milli Məclisindən Avropa parlamentinə sərt təpki

img

25-12-2009 [12:52]


Bu gün Milli Məclisin (MM) növbəti iclasında cari məsələlərin müzakirəsi zamanı vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı 17 dekabr 2009-cu il tarixli qətnaməsini xatırladaraq, bu məsələyə dair tənqidi fikirlər səsləndirib. Vitse-spiker bu qətnaməni ədalətli saymadığını bildirib: ?Mən bu qətnaməni o vaxt ədalətli sayardım ki, Avropa Parlamenti azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı da qətnamə qəbul edəydi. Ona görə də biz bu məsələyə münasibət bildirməliyik?. Milli Məclisin sədri Oqtay Əsədov da çıxış edərək bildirib ki, belə bir qətnamə ötən il də olmşdu. Spikerin sözlərinə görə, bu, Azərbaycana qarşı təzyiq metodlanından biridir: ?Avropa Parlmenti və digər beynəlxalq təşkilatlar bizi sıxışdırmaq istəyirlər ki, biz səsimizi çıxarmayaq?. O.Əsədov A.Əsgərova iradını da bildirib. Spiker deyib ki, bu cür fikrləri burda yox, həmin parlamentin iclasında səsləndirmək lazım idi. Çıxış edən deputat Rövşən Rzayev də Dağlıq QŞarabağın Azərbaycanlı İcmasının belə bir qətnamənin qəbul olunmasından narahat olduğunu bildirib. Deputat Fuad Muradov və Səməd Seyidov bu məsələylə bağlı narazılıqlarını ifadə veriblər. Səməd Səmədov deyib ki, Azərbaycan parlamenti bu sahədə elə iş qurmalıdır ki, həqiqətləri Avropanın öz dilində başa salmaq lazımdır. Azərbaycan parlamentinin məsələylə bağlı etiraz bəyanatı hazırlanması üçün komissiya yaradılıb. Komisiyyaya Nizami İsgəndərov, Pənah Hüseyn, Elman Məmmədov, Rövşən Rzayev və Pənah Hüseyn daxildir. Hazırda komissiya müraciəti hazırlayır. Xatırladaq ki, Avropa Parlamentinin Azərbaycanla bağlı 17 dekabr 2009-cu il tarixli qətnaməsində həbsdəki jurnalistlərin və bloqqerlərin həbsdən azad olunması və xarici radioların FM tezliyinə qaytarılması məsələsi qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA