Səfər Əbiyev iran islam Respublikasının ölkəmizdəki səfirini qəbul edib

img

25-12-2009 [12:11]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfir İran İslam Respublikasının yeni hərbi attaşesini Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA