Prezident ilham Əliyev keçmiz "Binə" ticarət mərkəzinin yerləzdiyi ərazidə olub

img

25-12-2009 [01:04]


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün paytaxtın Suraxanı rayonundakı keçmiş ?Binə? ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olub. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlət başçısına layihə əsasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, 85 hektar ərazidə bütövlükdə 95 min müxtəlif növ ağac əkiləcək. İndiyədək 22 mindən çox ağac əkilib. 35 hektar sahədə isə müasir suvarma sistemi quraşdırılıb. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarının 500-dən çox əməkdaşının iştirakı ilə 5 hektar ərazidə 5 mindən çox yaşıl ting əkilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazinin yaşıllaşdırılması layihəsi ilə tanış olduqdan sonra ağac əkiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA