Azərbaycanlı tələbələrə çexiyanın çarlz Universitetində oxumaq imkanı

img

25-12-2009 [12:56]


Çexiyanın Çarlz Universiteti nəzdində fəaliyyət göstərən Amerikan stilli iqtisadiyyat üzrə doktorantura proqramına istedadlı gənclər dəvət olunur. Proqrama qəbul olunanların təhsil haqqı tam maliyyələşdirilir və tələbələr tədris dövrü ərzində aylıq təqaüdlə təmin olunurlar. Təhsil müddəti 4 ildir. Bunun da ilk 2 ilində tələbələr master, növbəti 2 ilində isə doktor dərəcəsi (PhD in economics) almaq imkanına malik olurlar. İstəyindən asılı olaraq tələbələr təhsili master dərəcəsi aldıqdan sonra dayandıra bilərlər. Tədris ingilis dilindədir və tələbələrin ingilis dili peşəkar müəllimlər tərəfindən daim təkmilləşdirilir. Tələbələrə dissertasiya tədqiqatının bir hissəsini Amerika Birləşmiş Ştatlarında və Qərbi Avropada partnyor institutlarda aparmaq imkanı verilir. Müraciətlərin qəbulu 28 fevrala qədərdir. Uğurlu abituriyentlər iki aylıq yay hazırlıq kursuna dəvət edilirlər. Bu kursu müvəffəqiyyətlə bitirənlər proqrama qəbul olunurlar. Yay hazırlıq kursunun bütün məsrəfləri proqram tərəfindən ödənilir. Ətraflı məlumat www.cerge-ei.cz/phd/ internet səhifəsindən əldə edilə bilər. Əlavə sualı olanlar proqramda təhsil alan azərbaycanlı tələbə Ruslan Əliyevlə əlaqə saxlaya bilərlər: email ? raliyev@cerge-ei.cz

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA