QHT sədri Salyan, Neftçala və Sabirabadda seçkinin total zəildə satxatalazdırıldığını bildirib

img

24-12-2009 [02:29]


?Monitorinq apardığımız məntəqələrdə açıq-aşkar seçki cinayətləri ilə başa çatıb. Ən böyük cinayət budur ki, əksər seçki məntəqələrində seçkinin nəticələri dərhal elan edilməli halda, birbaşa olaraq məntəqə sədrləri ərazini qoruyan polisin müşayiəti ilə bülletenləri dairə seçki komissiyalarına apardılar. Burada onlara qabaqcadan paylanmış siyahılar əsasında protokollar tərtib olundu?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Demokratiyaya Yardım? İctimai Birliyinin sədri Emil Məmmədov dünən keçirilən bələdiyyə seçkiləri zamanı baş vermiş nöqsanlara münasibət bildirirəkən deyib. Onun sözlərinə görə, heç bir məntəqədə Seçki Məcəlləsinin tələblərinə əsasən protokolların sürəti açılmayıb: ?Müşahidəçilərə protokolların sürəti təqdim edilməyib. Bir çox məntəqələrdə məntəqə sədrləri olan məktəb direktorları səslərin sayılmasını apararkən bülletendə özləri istədikləri şəxslərin adını qeyd ediblər. Ümumiyyətlə, Səlyanda iki gün bundan əvvəl hakimiyyətinin özünün təqdim etdiyi bir siyahı əlbəəl gəzirdi. Nəzərinizə çatdırım ki, bu siyahı yüzdəyüz özünü doğruldub. Bütün bunlara baxmayaraq, istədikləri nəticəni əldə etmədiklərinə görə, protokollar birbaşa dairə seçki komissiyalarında tərtib olunub?. E.Məmmədov onu da bildirib ki, seçkidə aktiv olan müxalifət partiyalarından Müsavat, ADP və KXCP-dən bir nəfər belə olsun seçilməyib. Hətta narazı qüvvələr arasında YAP-ın funksionerlərinə kimi var: ?İndi Səlyanda ölkə başçsıs İlham Əliyevə namizədlər tərəfindən imzatoplama kampaniyası aparılacaq və baş verən qanunsuzluqda əlləri olan şəxslərin cəzalandırılması tələb olunacaq?. Qeyd edək ki, E.Məmmədovun rəhbərlik etdiyi təşkilatının 50 nümayəndəsi Salyan, Neftçala, Sabirabad rayonunda seçkiləri müşahidə ediblər və qeyd olunan nəticə də sözügedən rayonlara aiddir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA