Bu gün bələdiyyə seçkilərinin 100 faiz ilkin nəticələri elan olunacaq

img

24-12-2009 [12:27]


Bələdiyyə seçkiləri ilə bağlı seçki məntəqələrinin 97 faizindən ilkin nəticələr (4668 seçki məntəqəsi) Mərkəzi Seçki Komissiyasının (MSK) ?Seçkilər? İnformasiya Mərkəzinə daxil olub. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, respublika üzrə 1718 bələdiyyədən artıq 1665-dən məlumatlar daxil olub və bunlardan 1632-si tam məlumatlardır. MSK sədri bu gün 100 faiz ilkin nəticələri elan edə biləcəklərinin də vurğulayıb: "Dairə Seçki Komissiyalarının yekun protokolları isə 2 gün ərzində MSK-ya daxil olacaq. Bu protokolların sayı 1718 olacaq. Yəni hər bir bələdiyyə üzrə bir protokol tərtib ediləcək. Adətən ilkin nəticələrlə yekun nəticə arasında fərq çox cuzi olur?. M.Pənahov səsvermə prosesinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən izləndiyini, ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, xoşagəlməz hallarla da bağlı araşdırılma aparılacaq. MSK sədri bələdiyyə seçkilərində seçicilərin 31 faizinin səs verməsinin normal göstərici olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA