ADP-çi namizəd və müzahidəçilər vəhzicəsinə döyülüb

img

23-12-2009 [06:27]


ADP-dən olan müstəqil müşahidəçi Hüseyn Kamal Nizami oğlunun verdiyi məlumata görə müşahidə apardığı 09 saylı Binəqədi ikinci seçki dairəsinin 27 saylı məntəqəsinə buraxılmayıb. Bu hal bir neçə məntəqədə də baş verib. Həmin seçki dairəsinin 29 saylı məntəqəsində müşahidə aparan Hüseyn Kamal bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi hallarını qeydə alıb. O, bu barədə məntəqə sədrinə iradını bildirsə də bu cür hallar davam edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən daxil olub. Binəqədi bələdiyyəsi üzvlüyünə ADP-dən olan namizəd Hacıyev Jəmil Malik oğlu, ADP-dən olan müşahidəçilər Hüseyn Kamal və Hüseynov Orxan 8 saylı Binəqədi birinci seçki dairəsinin 2 saylı məntəqəsində həmin məntəqənin sədri Sadıqova Bilqeyis Ağabəy qızının rəhbərliyi ilə məntəqədə olan komissiya üzvləri və naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüblər. Onların döyülməsinə səbəb məntəqədə bir neçə şəxsin seçki qutusuna topa bülletenləri doldurmasına etiraz etmələri olub. Hadisəyə polis müdaxilə edib və döyülən ADP-çilər məntəqədən zorla uzaqlaşdırılıb. 26 saylı Sabunçu birinci seçki dairəsinin 12 saylı məntəqəsində bir şəxsi başqalarının yerinə imza etdirməklə ona bir neçə səsvermə bülleteni verilib. 14 saylı Əzizbəyov ikinci seçki dairəsinin əksər məntəqələrində seçicilərin səsverməyə gəlməsi çox az olduğuna baxmayaraq seçki qutuları artıq dolub. 17 saylı Yasamal üçüncü seçki dairəsinin 12 saylı məntəqəsində komissiya üzvləri seçki qutularına topa bülleten atıb. ADP-dən olan müstəqil müşahidəçi İsmayılov İlqar Mənsim oğlunun verdiyi məlumata görə onun müşahidə apardığı 36 saylı Xətai dördüncü seçki dairəsin 12 saylı məntəqəsində azyaşlıların (seçki hüququ olmayanların) səsverməsi müşahidə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA