Səsvermə baza çatdı və nəticələrin saxtalazdırılmasına start verildi

img

23-12-2009 [02:22]


[b]Sabah saat 1200-da Müsavat Partiyasının qərargahında 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin nəticələri haqqında mətbuat konfransı keçiriləcək[/b] [b]MSK seçkilərdə seçicilərin 31,86 faizinin, müxalifət isə 5-7 faizinin iştirak etdiyini bildirir[/b] Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkiləri başa çatıb və 08.00-dan açılan seçki məntəqələri qanunvericiliyə uyğun olaraq, saat 19.00-da bağlanıb. Hazırda səslərin sayılması prosesi başlayıb. Seçki prosesinə start verilər-verilməz müxalifət partiyaları qanun pozuntuları ilə bağlı məlumatlar verməyə başlayıblar. Müstəqil İnformasiya Agentliyinin xbərinə görə, artıq Müsavat, AXCP və digər müxalifət partiyaları seçki məntəqələrində karusel əməliyyatına strat verildiyini bildirirlər. Müsavat Partiyası seçki qərargahının rəhbəri Gülağa Aslanlının verdiyi məlumata görə, bir çox seçki dairələrindən karusel əməliyyatı haqda seçki qərargahına məlumatlar daxil olur. Onun sözlərinə görə, bu əməliyyatı əsasən icra hakimiyyəti orqanları və mənzil istismar sahələri (MİS) həyata keçirirlər.: ?Xüsusən də Binəqədi rayonunda karusel əməliyyatı açıq şəkildə keçirilir.102 saylı MİS-in 15 nəfərlik süpürgəçi dəstəsi var. Bizim nümayəndələrimiz sabahdan o dəstəni izləyirlər. Həmin dəstə artıq 8 saylı Binəqədi seçki dairəsinin 16, 17, 18, 19, 20, 21 saylı məntqələrində səs verib. Hazırda nümayəndələrimiz onları yenə izləyir?. G.Aslanlı Bakının digər rayonlarında və bölgələrdə də ciddi qanun pozuntularına yol verildiyini vurğulayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə hakimiyyət dairələrinin seçkini saxtalaşdırmaq üçün bütün vasitələrdən istifadə edəcəyini gözlədiyini deyib: ?Hamıya məlumdur ki, seçki komissiyaları icra strukturlarından asılıdır və onların tapşırığı ilə işləyirlər. Ona görə də bu tapşırıqlara əsasən qanunsuz olaraq bəzi şəxslər çox sayda bülletenləri qutulara atırlar, karusel əməliyyətandan istifadə olunur. Bu proses Bakının rayonlarındə və bölgələrdə davam etdirilir. Yəni demək olar ki, hakimiyyət növbəti dəfə seçkini saxtalaşdırır?. Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov isə bildirib ki, Bakının Suraxanı, Səbail, Binəqədi, Xətai rayonlarında açıq-aşkar karusel əməliyyatı həyata keçirilir. Onun sözlərinə görə, bir neçə məntəqədə səs vermək əməliyyatına mənzil istismar sahəsi işçiləri, müəllimlər, həkimlər və büdcədən maliyyələşən digər təşkilatların əməkdaşları cəlb olunublar. AXCP funksioneri məntəqələrdə qutulara topa-topa bülletenlərin atılması hallarına da çox rast gəlindiyini bildirib: ?Binəqədi və Səbail seçki dairələrinin məntəqələrində məntəqə üzvləri seçiciləri yönləndirir, onların əvəzinə bülletenləri işarələyib qutulara atır?. *** Sabah saat 1200-da Müsavat Partiyasının qərargahında 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin nəticələri haqqında mətbuat konfransı keçiriləcək. KİV nümayəndələri tədbirə dəvətlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA