Prezident ilham Əliyev səs verib

img

23-12-2009 [01:46]


Prezident İlham Əliyev Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səs verib. Ölkə başçısı Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli məktəb-liseydə yerləşən 6 saylı seçki məntəqəsində bələdiyyə seçkilərində səs verib. İlham Əliyev səsvermə otağına gəlib seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya salıb. Bu anı respublikamızın və xarici ölkələrin çoxsaylı mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər. Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da burada səs veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA