Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

img

23-12-2009 [01:34]


Bu gün Azərbaycan tarixində üçüncü dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 4813 seçki məntəqəsində baş tutacak. Seçki siyahısındakı seçicilərin sayı 4,6 milyona yaxındır. Seçki günü istənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla prosesin gedişini izləyə bilər. Həmçinin, 500 məntəqədə quraşdırılmış ?veb-camera? vasitəsilə seçkinin gedişini canlı olaraq izləmək mümkündür. Gün ərzində 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) seçkinin gedişilə bağlı məlumatlar açıqlanacaq. Seçkilərdə 31 min 861 namizəd iştirak edəcək. Namizədlər 1718 bələdiyyədə olan 15 min 682 bələdiyyə üzvlüyünə iddialıdırlar. Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfər natamam ali, 8938 nəfər orta təhsilli, 6737 nəfər orta ixtisas təhsilli şəxslərdir. Seçkilərdə 6222 nəfər qadının bələdiyyə üzvlüyünə namizəd olaraq qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA