AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclası keçirildi

img

22-12-2009 [06:19]


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) iclası keçirilib. Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Bölmə institutlarının direktorları 2009-cu il ərzində elmin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqat işləri, o cümlədən elmi-təşkilati və tətbiqi işlər, alınmış nəticələrin tətbiq sahələri, elmi-praktiki fəaliyyət, dövlət proqramları çərçivəsində görülən işlərin nəticələri, institut əməkdaşlarının tanınmış elmi jurnallarda çap olunmuş elmi əsərləri, müxtəlif konfrans, seminar, simpozium və digər tədbirlərdəki elmi məruzələr və s. məsələlərlə əlaqədar görülən işlər haqqında geniş məlumatla çıxış ediblər. Sonra Bölmə institutlarının 2009-cu il üçün alınmış mühüm elmi nəticələri ilə bağlı hesabatları akademik Akif Hacıyevə təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA