TQDK dekabrın 25-də magistratura imtahanının ikinci mərhələsini keçirəcək

img

22-12-2009 [04:25]


gn=left]2010/tqdk-bina-yeni-man.jpg[/libt] Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının ikinci mərhələsi dekabrın 25-də keçiriləcək. TQDK mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Azərbaycan Beynəlxalq Universitetində saat 14:00-da başlayacaq. Birinci mərhələdən keçən bakalavrlar bu gün saat 17:00-dan etibarən TQDK-nın internet saytına daxil olmaqla ?İmtahana buraxılış vəsiqəsi?ni ala bilərlər. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunurlar. Onlar Azərbaycan Diplomatik Akademiyasının apardığı qəbul prosedurlarından keçəcəklər. Qeyd edək ki, ali məktəblərin MBA və TEMPUS proqramları üzrə magistraturasına birinci mərhələdən 190 abituriyent keçib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 56 nəfər qəbul edilib. MBA və TEMPUS proqramları üzrə təqdim olunmuş 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424, Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 123 bakalavr sənəd vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA