Sabah 7 nazir Milli Elmlər Akademiyasına gələcək

img

21-12-2009 [06:55]


Sabah saat 11.00-da AMEA Rəyasət Heyətinin binasında Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin məsul şəxsləri, Azərbaycan Respublikasının təhsil, kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi, ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirləri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri və b.iştirak edəcəklər. İclasda Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi, AMEA-da, respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların yekunlarına dair hesabatların aparılması, yüksəkixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması, elmin istiqamətləri üzrə problem şuralarının yeni tərkibinin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunacaq. İclas haqqında əlavə məlumatı AMEA-nın Elmi-təşkilat şöbəsindən almaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA