Tələbələrin beynəlxalq əməkdazlığı ?qaynar xətt? xidməti yaratdı

img

21-12-2009 [01:41]


?Tələbələrin Beynəlxalq Əməkdaşlığı? İctimai Birliyi qış semestr imtahanları ilə əlaqədar bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Belə ki, dekabrın 25-dən etibarən qış imtahan-məqbulları zamanı ali məktəblərdə baş vermiş qanun pozuntuları ilə əlaqədar müraciətlərin qəbul edilməsi və problemlərin aradan qaldırılmasına kömək etmək üçün təşkilatda ?Qaynar Xətt? xidməti fəaliyyətə başlayacaq. Müraciətlər telefon (+99412 417-23-16) və email (qaynarxett@gmail.com) vasitəsilə qəbul ediləcək. Təşkilat daxilində yaradılmış ?Qaynar Xətt?-ə daxil olan müraciətlər Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən ?Qaynar Xətt?ə yönəldilməklə yanaşı, həm də müstəqil araşdırılacaq. İmtahanlar bitəndən sonra daxil olmuş müraciətlər və əldə olunmuş nəticələr əsasında hesabat hazırlanacaq. Həyata keçiriləcək bu tədbirlər Təhsil Nazirliyinin ?Qaynar Xətti?nə daxil olmuş müraciətlərin necə araşdırıldığını, açıqlanan məlumatların həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA