Sabahdan qeyri-sabit hava zəraiti bazlayacaq

img

21-12-2009 [12:46]


Yaxın üç gündə Bakıda və Abşeron yarımadasında havalar qeyri-sabit olacaq, yağış yağacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, sabah paytaxtda və yarımadada hava dəyişkən buludlu olacaq. Gündüz arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 4-6? isti, günün birinci yarısında 8-10? isti, axşama dogru 5-7? isti olacaq. Dekabrın 23-də gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək gündüz şimal-şərq, şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-7? isti müşahidə ediləcək. Dekabrın 24-də buludlu hava arabir açılacaq. Gün əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal edilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7? isti, gündüz 7-9? isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 22-də gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi arabir, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-5? isti, gündüz 8-13? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 3-7? isti olacaq. Dekabrın 23-24-də də bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər saatlarında duman müşahidə ediləcək. Qərb küləyi gecə və səhər arabir güclənəcək, 24-də şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 0-4? isti, gündüz 6-10? isti, dağlarda gecə 0-5? şaxta, gündüz 0-4? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA