Prezident ilham Əliyev Cümə məscidinin açılız mərasımındə iztirak edib

img

19-12-2009 [07:00]


Dekabrın 19-da Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun ?Tolerantlığın ünvanı - Azərbaycan? layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İnşasına 1896-cı ildə başlanmış Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə yenidən tikinti işlərinə başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnmişdir. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq başa çatmışdır. Mərasimə gələn dövlətimizin başçısı və xanımı məscidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxmışlar. Bildirilmişdir ki, sahəsi 500 kvadratmetr olan məsciddən başqa, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilmişdir. Məscid bütövlükdə sal daşlardan inşa olunmuş, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidində yaradılan şəraitlə tanış olmuşlar. Qeyd edilmişdir ki, burada qadınların və kişilərin ayrı-ayrılıqda ibadət etmələri üçün şərait yaradılmışdır. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcəkdir. Prezident İlham Əliyev Cümə məscidində yaradılan şəraitdən razı qaldığını bildirmiş, dindarlar və qəsəbə sakinləri ilə söhbət etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA