Təhsil Nazirliyində valideyn-müəllim münasibətləri müzakirə olunub

img

19-12-2009 [12:44]


Bu gün Təhsil Nazirliyində ?Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) strateji imkanları? mövzusunda konfrans keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təhsil naziri Misir Mərdanov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin valideynlərin məktəblə, müəllimlərlə əlaqələrini daha da yaxşılaşdırmasına yardım etmək olduğunu vurğulayıb. M.Mərdanov valideynlə məktəb arasındakı münasibətlərdən danışaraq, təhsillə bağlı neqativ söhbətlərin də müəllim-valideyn münasibətlərinin tam qaydasında olmaması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, valideyn-müəllim münasibətlərinin tənzimlənməsi təhsilin keyfiyyətinin təmin edilməsində əsas şərtlərdəndir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA