Misir Mərdanov imtahanlarda nəzarətin gücləndiriləcəyini deyir

img

19-12-2009 [12:35]


?Biz məktəblərdə Yeni il şənlikləri ilə bağlı biletlərin satılmasını heç vaxt doğru hesab etməmişik. Məktəb satış yeri deyil. Biletlər teatrlarda, kinoteatrlarda satılmalıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. M.Mərdanov onu da bildirib ki, ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) baş vermiş bir neçə xoşagəlməz hadisəni nəzərə alaraq bütün təhsil müəssisələrində Yeni işənliklərinin, yeyib-içmək mərasimlərini qadağan etmişdi: ?Həmin qadağa bu il də öz qüvvəsində qalır. Mən şəxsən bunu müsbət qiymətləndirirəm. Təbii ki, məktəbdə heç bir yersiz hərəkətə yol vermək olmaz. Dünyanın müxtəlif ölkələrində faciəli hadisələr baş verir. Ona görə biz bayramlarımızı qeyd etməklə bərabər, ehtiyatlı olmalıyıq?. Təhsil naziri imtahanlarla bağlı də məsələyə toxunub. Onun sözlərinə görə, qış imtahan sessiyası ilə bağlı nazirlikdə fəaliyyət göstərən ?Qaynar xətt? daha gərgin işləyəcək: ?Ali məktəb, texnikum və kolleclərin hər birində də ?Qaynar xətt?lər fəaliyyət göstərəcək. Biz yəqin ki, tələbə və müəllimlərlə, ali məktəb rəhbərləri ilə qarşılıqlı əlaqələrimizi və bu işə nəzarətimizi daha da gücləndirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA