Ali Attestasiya Komisssiyası elmlər doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərin izini geri qaytarıb

img

18-12-2009 [02:30]


Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisssiyasının sədri, akademik Arif Mehdiyev 2002-2008-ci illərdə AAK-da ictimai və humanitar elm sahələri üzrə təsdiq olunmuş elmlər doktorlarının sayının 232, elmlər namizədlərinin isə 1436 nəfər təşkil edib. A.Mehdiyev həmin dövrdə elmlər doktoru elmi dərəcəsi almaq üçün 30 nəfərin, namizədlik işlərinin isə 134-nün geri qaytarıldığını bildirib. AAK sədri qeyd edib ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsi AAK üçün ciddi siqnaldır: "Dissertasiya şuralarında opponent seçiminə ciddi yanaşılmalıdır. Elmi savadı olmayanlar iddiaçıların işinə rəy verməməlidirlər. Həm dissertasiya, həm ekspert şuraları fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar. Elmi dərəcə almaq istəyənlərə də tələbat artırılmalı, elmi əsərlərin digər müəlliflər tərəfindən, xüsusilə də xaricdə istinad mənbəyi kimi istifadəsinə ciddi diqqət yetirilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA