Maztağa sakinləri ölkə bazçısına, beynəlxalq təzkilatlara müraciət edəcək

img

18-12-2009 [01:44]


gn=left]2010/elekber-mememdov1197638770__1.jpg[/libt] Bakı və Bakı kəndlərinin Hüquqlarının Müdafiəsi Komitəsi Maştağa qəsəbəsinin problemlərinə dair mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyininın məlumatına görə, konfransda çıxış edən Bakı və Bakı kəndlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədr müavini Ələkbər Məmmədov paytaxt kəndlərinin mövcud problemlərindən danışıb. Nardaran mövcud olan problemlərin Maştağa qəsəbəsində də olduğunu vurğulayan Ə. Məmmədov ölkə başçısının göstərişlərinə yerlərdə əməl olunmadığını qeyd edib: ?Bu problemlər öz həllini yaxın vaxtlarda tapmasa, ölkə başçısına, xarici ölkələrin ölkəmizdəki səfirliklərinə və ən sonda beynəlxalq təçkilatlara müraciət edəcəyik?. Bakı və Bakıətrafı kəndlərin Hüquqlarının Müdafiə Komitəsinin seçki komissiyyasının sədri Tahir Poladov isə Maştağa qəsəbəsində mövcud olan bir sıra problemlərdən danışıb: ?Maştağada işsizlik baş alıb gedir. Qəsəbənin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Lakin bələdiyyə torpaq sahələrin ayrı-ayrı şəxslərə satıb. Sakinlər təsərüfat işləri ilə məşğul ola bilmir. 80 mindən artıq əhalisi olan Maştağa qəsəbəsində qış mövsümünün başlamasına baxmayaraq işıq və qaz problemlərinin, habelə sayğaclaşma işləri hələ də öz həllini tapmayıb?. T. Poladov icra orqanlarının bu kimi əməllərinin yerli camaatı hakimiyyətə qarşı çevirməkdən ibarət olduğunu bildirib:?Əhalinin vəziyyəti olduqca acınacaqlıdır. Maştağada elə bir ailə tapılmaz ki, onun komunnal xidmətlərə görə dövlətə 1000-1500 manat borcu olmasın. Təhsil və səhiyyəmiz də bərbad vəziyyətdədir. Hər yerdə idmana qayğı olduğu halda Maştağada bu işlər görülmür. Biz problemlərimizin həll olunması üçün ölkə başçısına səslənirik?. T. Poladov qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar da Maştağada insanların hüquqlarının pozulduğunu söyləyib. O, bələdiyyəyə namizədlərin qeydiyyata alınması ilə bağlı çoxlu sayda qanun pozuntularının olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA