Məhərrəm ayı bu gün bazlayır

img

18-12-2009 [12:13]


Bu gün Məhərrəm ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası fətva verib. Bu il Aşura günü isə dekabrın 27-ə düşür. Fətvada bildirilir ki, təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn naminə qanvermə aksiyasının təşkili ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır. Qeyd edək ki, Məhərrəm Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA