Sabah Azərbaycan Beynəlxalq Universitetinin binasında magistraturaya qəbul imtahanı keçiriləcək

img

18-12-2009 [12:09]


Sabah ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qəbul imtahanı Azərbaycan Beynəlxalq Universitetinin binasında saat 11:00-da başlanır, 2 saat 30 dəqiqə müddətində aparılacaq. Bakalavrlar imtahana şəxsiyyəti təsdiq edən sənədi və ?Buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Qeyd edək ki, MBA və TEMPUS proqramları üzrə təqdim olunmuş 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 64 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 123 nəfər sənəd verib. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunacaq. İmtahanın nəticələri TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Birinci mərhələnin nəticələrinə görə, ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunurlar və Azərbaycan Diplomatik Akademiyasının apardığı qəbul proseduralarından keçirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA