?Öyrən və təhlükəsiz ol!? proqramı baza çatdı

img

17-12-2009 [05:12]


Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı ?Öyrən və təhlükəsiz ol!? adlı proqramına bu gün yekun vurulub. Əsas məqsədi regionlarda məktəblilərin yol hərəkəti qaydaları haqqında bilgilərini artırmaq və onların təhlükəsizliyinin təmin olunmasına kömək etmək olan proqram ölkəmizin 24 rayonunu əhatə edib. Proqram çərçivəsində məktəblilər üçün dərsdən sonra yol hərəkəti qaydalarına həsr olunmuş praktik və nəzəri təlimlər keçirilib. Təlimlər zamanı məktəblilərə yol hərəkəti nişanları, piyadanın və sürücünün vəzifələri, eləcə də onların məsuliyyəti və beynəlxalq təcrübə haqqında geniş informasiyalar verilib. Ümumilikdə proqram 4800 məktəblini əhatə edib. Proqram çərçivəsində təlimlərlə yanaşı, əyani vəsaitlər də hazırlanıb paylanıb və bir neçə maarifləndirici aksiya da keçirilib. Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata görə, növbəti ilin əvvəlindən bu proqramın formatında bir sıra dəyişikliklər də ediləcək. Belə ki, Mərkəz rayonlara avto və veloyürüşlər etməyi, maarifləndirici aksiyalar keçirməyi, yol hərəkəti qaydalarının pozulmasının fəsadlarına dair tamaşaların səhnəyə qoyulmasını və s. planlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA