BAMF ?Euronews?a etiraz məktubu göndərdi

img

17-12-2009 [03:34]


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı bu yaxınlarda yayılan qeyri-obyektiv süjetlə bağlı ?Euronews? televiziya kanalına etiraz məktubu göndərib. Qurumdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, BAMF sədri Umud Mirzəyevin imzaladığı məktub ?Euronews? televiziya kanalından başqa, Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Avropa Yayım İttifaqı (EBU), Beynəlxalq Mətbuat İnstitutu (IPI) şəbəkələrinə də ünvanlanıb. Məktubda Beynəlxalq Avrasiya Mətbuat Fondu barədə məlumat verilərək qurumun 1992-ci ildən fəaliyyət göstərdiyi bildirilib: ?BAMF ilk günlərdən ?Evdə sülh, ölkədə sülh, cahanda sülh? devizini özünün məramına çevirən təşkilat regionda və dünyanın ayrı-ayrı yerlərində etnik, milli və hərbi zəmində baş verən münaqişələrə daim fəal mövqe nümayiş etdirib?. Məktubda bir neçə gün əvvəl Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə tanışlıq səfəri çərçivəsində ?Euronews? əməkdaşları tərəfindən hazırlanan və telekanal vasitəsilə yayımlanan reportajdan məyusluq ifadə olunub: ?Təəssüflər olsun ki, nümayiş etdirilən süjetdə Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kuli çıxış edərək Dağlıq Qarabağın Ermənistan ərazisində zəngin mədəniyyətə malik bir bölgə olduğunu bildirib, onu Ermənistanın qəlbi adlandırıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və separatçı rejimin idarə etdiyi Dağlıq Qarabağ ?müstəqil dövlət?, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun ?prezidenti? kimi təqdim olunub. Müxtəlif ölkələrdə milyonlarla tamaşaçısı olan ?Euronews? Azərbaycan Respublikasında kabel televiziyaları vasitəsilə yayımlanır. Azərbaycan tamaşaçıları bu telekanalın məlumatlarını tərəfsiz, professional xəbər mənbəyi hesab edirlər. Lakin telekanalın Dağlıq Qarabağda səfərdə olan əməkdaşlarının təqdim etdiyi reportaj bizdə böyük narazılıq doğurub. Bu material ?Euronews?in ənənəvi standartlarına uyğun deyil, birtərəfli və məqsədli şəkildə hazırlanıb. Birmənalı şəkildə və qətiyyətlə bildiririk ki, telekanal əməkdaşlarının Dağlıq Qarabağa Ermənistan ərazisindən daxil olması qanuna, beynəlxalq hüquq və normalara zidd və hörmətsizlikdir. Diqqətinizə çatdırırıq ki, 1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan əraziləri işğal olunmuşdur. Hazırda ölkə əhalisinin hər 8 nəfərindən biri köçkün həyatı yaşayır. Bölgədə etnik təmizləmə siyasəti həyata keçirilib, azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələri məhv edilmiş və ya erməniləşdirilib. Maddi-mədəniyyət abidələrini məhv eləmək olar, amma tarixi sənədlər və bütün hüquqi aktlar bu ərazinin Azərbaycan torpağı olduğunu təsdiqləyir. Hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ərazisi nəinki Avropa, bütün dünya üçün təhlükəli bir məkana çevrilib. Bu ərazi hazırda bir qrup separatçının terror yuvasına dönüb. İstənilən yanlış məlumat, emosional süjet terrorçuların Qarabağda yandırdığı ocağı şölələndirir. Avropanın bir addımlığında, Qafqazın ən həssas nöqtəsində alovlanan belə bir ocaq təkcə Azərbaycan üçün deyil, Avropanın özü üçün böyük təhlükə və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İnanırıq ki, bu məktubumuz ?Euronews? telekanalının rəhbərliyi tərəfindən anlaşıqla qarşılanacaq, Dağlıq Qarabağ probleminin həlli və regionda münaqişənin nizamlanması istiqamətində göstərilən səylərə mane olacaq bu sayaq verilişlərin yayımlanmasına bir daha yol verilməyəcək. Əmin olmaq istərdik ki, telekanalın rəhbərliyi yayımlanan süjetin həqiqətə uyğun olmadığını və birtərəfli məqsədə xidmət etdiyini nəzərə alaraq məsələyə efir vasitəsilə öz obyektiv münasibətini bildirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA