Ombudsman Aparatı rayonlarda bələdiyyə seçkilərinə hazırlıqla bağlı monitorinqlər aparır

img

17-12-2009 [02:34]


Ombudsman Aparatının nümayəndələri seçkilərinə hazırlıqla bağlı monitorinqlər həyata keçirir. Aparatdan verilən məumata görə, təsisatın regional mərkəzlərinin əməkdaşları əhatə etdikləri rayonlar üzrə bələdiyyə seçkilərinə hazırlıqla bağlı monitorinqlər aparırlar. Monitorinqlərdə seçici siyahılarının dəqiqləşdirilməsi, məntəqələrin daşınmaz və daşınan seçki qutuları ilə təmin olunması, seçicilərə bildirişlərin göndərilməsi, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təminatı, seçki məntəqələrinin zəruri texniki avadanlıqla təchizatı və s. məsələlər araşdırılır. Seçki günündə Ombudsman təsisatının mərkəzi və regional ofislərinin 39 əməkdaşı ölkə ərazisində seçki prosesini müşahidə edəcəkdir. Onlar artıq rəsmi qeydiyyatdan keçmiş, lazımi təlimat almış və Mərkəzi Seçki Komissiyasının nəşr etdiyi ?Müşahidəçilər üçün yaddaş? kitabçası və vəsiqə ilə təmin olunmuşlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA