Ölkə üzrə ən yazlı bələdiyyə üzvlüyünə namizədin 81 yazı, ən gənc bələdiyyə üzvlüyünə namizədin isə 21 var

img

16-12-2009 [11:35]


Vətəndaş Həmrəyliyi Partiyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərinə bu partiyadan 856 nəfərin namizədliyi irəli sürülüb. Onlardan yalnız 305 namizəd qeydə alınıb. Qeydə alınan namizədlərin 55 faizi ali təhsilli, 10 faizi orta-ali, 35 faizi isə orta təhsillidir. Namizədlərin 40 faizini gənclər, 15 faizini isə qadınlar təşkil edir. VHP Təşkilat şöbəsinin məlumatına görə, ölkə üzrə keçirilən bələdiyyə seçkilərində ən yaşlı və ən gənc bələdiyyə üzvlüyünə namizədlər VHP-çilərdir. Belə ki, VHP-çilər - Qusar rayonunun Köhnə Xudat bələdiyyəsi üzvlüyünə namizəd Əvəcün məktəbinin müəllimi Məmmədov Məhəmməd Ağa oğlu (1928-ci il təvəllüdlü) ən yaşlı, Qaradağ rayon Sahil qəsəbəsi bələdiyyəsinə namizəd Elçin Şakir oğlu İmanov (23 dekabr 1988-ci il təvəllüdlü) isə ən gənc namizəddir. Namizədliyi qeydə alınan bütün VHP üzvlərinin plakatları və digər təbliğat materialları Seçki Qərargahının dəstəyi ilə çap olunub. Hazırda təbliğat kampaniyası davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA