Yavər Camalov: "Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qadirdir"

img

16-12-2009 [06:20]


"Azərbaycanın hərbi qüdrətinin artması Ermənistanı təşvişə salıb. Rəsmi İrəvanın hərbi ritorikası da bundan irəli gəlir". Bunu müdafiə sənayesi naziri Yavər Camalov ANS-ə açıqlamasında bəyan edib. Nazir deyib ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qadirdir. "Ermənistan rəhbərliyi çox narahatdır. Bu gün bizim ordumuzun atıcı, yüngül artilleriya, döyüş sursatları istiqamətində heç bir ölkəyə ehtiyacı yoxdur. Ordumuz tam təminatlıdır. Müharibə başlayarsa, biz torpaqlarımızı azad etməyə hazırıq", deyə Y.Camalov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA