Səbail rayon icra Hakimiyyəti Bazçısı yanında Şuranın iclası keçirilib

img

16-12-2009 [06:05]


Rayonda aparılan abadlıq və quruculuq işlərinin vəziyyəti, təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunmasının vajibliyi, rayonda İnzibati Xətalar Haqqında İşlərə baxılmasının vəziyyəti və s. məsələlər Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında müzakirə olunub. Rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, məhəllə komitələrinin, gənjlər təşkilatlarının və rayon ijtimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən Səbail rayon İjra Hakimiyyəti Başçısı yanında Şuranın geniş ijlasını giriş sözü ilə açan Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov son bir neçə ay ərzində rayonda həyata keçirilmiş tədbirlər barədə də ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, hazırda rayon İjra Hakimiyyəti tərəfindən hazırlanmış ?Abad həyət? layihəsinin həyata keçirilməsi müvəffəqiyyətlə davam edir. Badamdar qəsəbəsində artıq 3 həyətdə əsaslı təmir-abadlıq işləri aparılmış, həyətlərdə süni yaşıl örtüklü mini futbol meydançaları, söhbətgahlar, skamyalar, kiçik yaşlı uşaqlar üçün əylənjə qurğular quraşdırılmış və bura asfaltlaşdırılmışdır. Hazırda növbəti həyətdə abadlıq işləri aparılır. Bibiheybət qəsəbəsində məhəllədaxili və qəbristanlıq yoluna asfalt salınmış, qəsəbənin girişində 1941-1945-ji illərdə həlak olmuş döyüşçülərin xatirə abidəsinin əsaslı təmir-yenidənqurulmasına başlanmış, Badamdar qəsəbəsindəki Mədəniyyət evində məskunlaşmış 4 məjburi köçkün ailəsi üçün ?Şıx? sanatoriyada otaqlar təmir olunaraq bura köçürülmüş, layihə sənədləri hazırlanaraq mədəniyyət evində əsaslı təmir-yenidənqurma işləri aparılır. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahında əsaslı təmir işlərinə başa çatdırılmış, bura lazımi ləvazimatla təmin olunmuş, 20-ji sahədə Şəhid Yüzbəy Mürsəlovun yaşadığı evin yanında onun xatirə güşəsi yenidən qurularaq ətrafı abadlaşdırılmışdır. Sakinlərin çoxsaylı mürajiətləri nəzərə alınaraq Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinə, Neftçilər küçəsinin başlanğıjında istirahət bağının salınmasına başlanmış, 20-ji sahədə ?Veteran Neftçilər bağının?, 20-ji sahə dairəsinin əsaslı təmir-yenidənqurulması işləri artıq başa çatıb. Bu ilin noyabr ayında YAP Səbail rayon təşkilatının yeni binasının təməli qoyulmuş, şəhərin mərkəzindəki 11 həyətdə təmir-abadlıq işləri aparılıb. Mövsümlə əlaqədar rayon ərazisində ağaj əkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı bir neçə iməjlik keçirilmiş, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələri, təsərrüfat xidmətləri nümayəndələrinin iştirakı ilə sürüşməyə meyilli olan Bayıl yamajında və Azərbayjan Respublikası Dövlət Neft Şirkətinin kollektivinin Bibiheybət buxtasında keçirdiyi iməjliklərdə 25 minə yaxın ağaj əkilmiş, minlərlə ağaja qulluq edilib. Qurban Bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məjburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyajı olan şəxslərə ? ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilib. Qış mövsümü ilə əlaqədar təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunmaması nətijəsində son vaxtlarda respublikamızın və Bakı şəhərinin bir sıra rayonlarında qəzalar baş vermiş və vətəndaşlara maddi ziyan dəymişdir. Hazırda bu məsələlərin mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq Şuranın ijlasında ?Qaz sızması və partlayışı, dəm qazından ölümlə nətijələnən hadisələrin ölkə iqtisadiyyatına, vətəndaşlara və onların sağlamlığına dəyən ziyanın qarşısının alınması tədbirləri haqqında? Bakı şəhər Prokurorluğunun məlumatı dinlənilmiş, qaz istifadəçiləri tərəfindən neqativ hallara yol verilməsinin qarşısının alınması, rayonda abonentlərin istifadə etdikləri təbii qazın dəyərinin ödənilməsinin vəziyyəti müzakirə olunmuş, rayonun qaz təsərrüfatının vəziyyəti ilə bağlı Səbail rayon Qaz İstismar sahəsinin və rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə müavfiq tapşırıqlar verilmişdir. Şuranın ijlasında həmçinin Səbail rayon İjra Hakimiyyəti nəzdində İnzibati Xətalar Haqqında İşlərə baxılmasının vəziyyəti, rayon ərazisində ijtimai qaydaların və təhlükəsizliyin, ətraf mühitin, idarəçilik qaydalarını qoruması, qanunçuluğu möhkəmləndirməsi və inzibati xətaların profilaktikisı haqqında məsələ müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində rayon Polis İdarəsi və polis bölmələri tərəfindən 2142 protokol tərtib olunmuşdur ki, protokollardan 671-i şəxsiyyət vəsiqəsi və pasport qaydalarının pozulması, 282-si xırda xuliqanlıq, 260-ı müəyyən edilməmiş yerlərdə mal satışı və xidmət göstərilməsi, 219-u sanitariya-epidemiologiya qaydalarının pozulması, 25-i polis əməkdaşlarına tabe olmamaq, 8-i özbaşına tikinti işlərinin aparılması və s. barədə olub. Ölkə başçısının ?Əhalinin enerci daşıyıjıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında? fərmanından irəli gələn vəziflərin həyata keçirilməsi məqsədilə Azərbayjan respublikası İXM-nin 308-ji maddəsi ilə 2009-ju ilin 10 ayı ərzində 142 fakt üzrə vətəndaşlar inzibati məsuliyyətə jəlb olunublar. Toplantıda Yetkinlik yaşına çatmayanların işləri və huquqlarının müdafiəsi üzrə Komissiyanın gördüyü işlər və keçirdikləri tədbirlər barədə məlumat verilmiş, RİH-nə daxil olan protokolların düzgün tərtibatı və bu sahədə olan çatışmamazlıqların aradan qaldırılması yolları barədə müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA