Hakimliyə namizədlər üçün 4 günlük təlim keçirilir

img

16-12-2009 [05:36]


Amerikanın Azərbaycandakı səfirliyi, Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamenti, Ədliyyə Nazirliyi, eləcə də Azərbaycanın Hüquq və Hakimlər Şurası birgə hakimliyə namizədlər üçün 4 günlük təlim təşkil edir. Dekabrın 18-nə kimi davam edəcək treninqlərdə iştirak etmək üçün ABŞ-dan Azərbaycana bir neçə hakim gəlib. Onlar gələcək həmkarları ilə Amerika məhkəmə sisteminin təcrübəsini bölüşəcəklər. Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişmələri mövzusunda keçirilən təlimlərdə əsas məqsəd Azərbaycanla ABŞ arasında hüquq sistemi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Bu gün ABŞ-ın federal hakimi Helen Berriqan hakimliyə namizədlər qarşısında "Hakimlərin müstəqilliyi, hakim fəlsəfəsi və psixologiyası" mövzusunda çıxış edib. O, hüquq sisteminin müstəqilliyinin, xüsusilə hakimlərin siyasi təsirdən asılı olmamağının vacibliyini vurğulayıb. Hakim Berriqan demokratik məhkəmə sisteminin və demokratiyanın inkişafı üçün mətbuat və söz azadlığının təmin olunmasını zəruri amil kimi qiymətləndirib. Helen Berriqenin sözlərinə görə, Azərbaycana gəlməkdə məqsədləri eyni zamanda Azərbaycanın hüquq və məhkəmə sistemi ilə yaxından tanış olmaqdır. "Bu, Azərbaycanda keçirdiyimiz artıq 3-cü təlimdir. Biz bu cür təlimləri başqa ölkələrdə də keçiririk. Məqsədimiz gənc dövlətlərdə demokatiyanın inkişafına və məhkəmə hüquq sisteminə dəstək göstərməkdir. Biz həm də bu ölkələrlə özümüzün etdiyimiz işləri müqayisə edib, etdiyimiz səhvləri öyrənirik və öyrədirik", - deyə H. Berriqen qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA