QHT-lərə Dövlət Dəstəyi Şurası USAiD-lə memorandum imzalayıb

img

15-12-2009 [08:34]


Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə görə, şuranın mətbuat xidmətindən məlumat verilib. Memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, ölkəmizdə vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi, QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi çərçivənin təkmilləşdirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur. Anlaşma memorandumunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Jonathan M. Konli, eləcə də şahid qismində Counterpart İnternational Təşkilatının Ölkə üzrə nümayəndəsi Maykl Kunz imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA