Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məhkəməyə verilib

img

15-12-2009 [05:42]


Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin (Ənvər Ağazadə, Rəfail Tağızadə, Taleh Əliyev, Nəsimi Məmmədli) Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu məhkəməyə verib. Səlahiyyətli nümayəndələrin iddiasına sabah ? 16 dekabr 2009-cu il tarixdə saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaqdır. Qeyd edək ki, şikayətlər dairə seçki komissiyalarının qanunsuz qərar və hərəkətləri (və ya hərəkətsizlikləri) barədə MSK-ya ünvanlanmış 82 nəfər namizədlə bağlı 27 şikayət ərizəsi haqqındadır. MSK qeyd olunan şikayətlərə baxmamış, ya şikayətlərin təqdimetmə müddətinin keçməsini və ya belə bir şikayətin MSK-ya daxil olmamasını əsas gətirmişdir. Ona görə də səlahiyyətli nümayəndələr MSK sədrinin qanunsuz hərəkətsizlik etməsindən və şikayətlərin araşdırılması üçün tədbir görməməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə şikayət edib və tələb kimi bu hərəkətsizliyin aradan qaldırılmasını, DSK-ların qərarlarının ləğv edilməsini, namizədlərin qeydə alınmasını və qanunu pozan MSK sədri haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və səhlənkarlıq etməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA