?20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı? təsdiq edilib

img

15-12-2009 [05:15]


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə ?20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı? təsdiq edilib. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir. 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcəkdir. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcəkdir. Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunmuş və icrasına başlanmışdır. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA