Sabah Əfv Komissiyasının iclası keçiriləcək

img

15-12-2009 [03:05]


Sabah Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında komissiyanın üzvü, deputat Vaqif Səmədoğlu verib. V.Səmədoğlu bildirib ki, iclasda məhkumların əfvi ilə bağlı komissiyaya daxil olan müraciətlərə baxılacaq: ?Mənə də xeyli müraciət təqdim olunub. Onlardan 60-a qədərini komissiyaya təqdim etmişəm. Komissiyada həmin müraciətlərə də baxılacaq?. Xatırladaq ki, Əfv Məsələləri Komissiyası bir həftə əvvəl də iclas keçirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA