Respublika Prokurorluğu və Hərbi Prokurorluqda yeni təyinatlar olub

img

15-12-2009 [12:16]


Azərbaycanın Respublika Prokurorluğu və Hərbi Prokurorluğunda yeni vəzifə təyinatları olub. Respublika Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Baş Prokurorluq üzrə müvafiq əmrlə baş prokurorun böyük köməkçisi Nazir Bayramov Baş Prokurorluğun Elmi-Tədris Mərkəzinin rəisi təyin edilib. Bundan əlavə, Respublika Hərbi Prokurorluğunun (RHP) Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Şəfahət İmranov isə Respublika Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov, hərbi prokuror isə Xanlar Vəliyevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA