BDU-nun rektoru Abel Məhərrəmovun 60 illik yubleyi təntənəli olacaq

img

14-12-2009 [08:11]


AMEA elmi müəssisə rəhbərləri və gündəlikdəki məsələlərə aidiyyatı olan alim və mütəxəssislərin iştirakı ilə AMEA Rəyasət Heyətinin növbəti iclasında professor Abel Məhərrəmovun 60 yaşı tamam olması ilə əlaqədar tədbirlər keçirilməsi qərarlaşdırılıb. Bu barədə iclas iştirakçılarına məlumat verən AMEA Kimya Elmlər Bölməsinin akademik-katibi, akademik Nadir Seyidov bildirib ki, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik, kimya elmləri doktoru, professor Abel Məhərrəmovun 60 yaşı tamam olması ilə əlaqədar alimin təltif edilməsi haqqında dövlət qarşısında vəsatətin qaldırılması, AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, alimin yubileyinin AMEA RH-ın iclasında geniş qeyd olunması və ?Müasir kimyanın inkişaf perspektivləri? mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi, alimin həyat və yaradıcılığını əks etdirən məqalə və verilişlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının təmin edilməsi, alimin biblioqrafiyası və onun elmi-pedaqoji, elmi-təşkilatı fəaliyyəti haqqında kitab hazırlanaraq nəşr olunması vacibdir. Bu barədə AMEA Rəyasət Heyəti qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA