QHT Şura və ABŞ Beynəlxalq inkizaf Agentliyi arasında əməkdazlıq memorandumu imzalanacaq

img

14-12-2009 [03:41]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanacaq. Şuradan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, ölkəmizdə vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur. Anlaşma memorandumunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Jonathan M. Konli imzalayacaq. Memorandumun imzalanma mərasimi 15 dekabr 2009-cu il saat 15.00-da Caspian Plazanın konfrans zalında olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA