?Gənclərin Töhfəsi? ictimai Birliyinin təsis yığıncağı keçirilib

img

14-12-2009 [03:27]


Bir qrup gənclərin təşəbbüsü ilə yaranmaqda olan ?Gənclərin Töhfəsi? İctimai Birliyinin təsis yığıncağı keçirilib. Birliyin ictimai məsələlər üzrə koordinatoru Raminə İmanovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, yığıncaqda Birliyin 34 nəfərə yaxın üzvü iştirak edib. Azərbaycan Respublikasının vətəndaşları Asim Nazimoviç Vəliyev, Ayaz Asif oğlu Hüseynov, Seymur Yaqub oğlu İsmayılov İctimai Birliyin təsisçiləridirlər. Birliyin əsas məqsədi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafına yardım etməklə mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, sosial- iqtisadi problemlərin həllinə kömək göstərilməsi, vətəndaşların maarifləndirilməsinə yardım edilməsi, ictimai həyatda gənclərin önə çəkilməsi, onların liderlik və idarəetmə qabiliyyətinin inkişaf etdirilməsidir. İctimai Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və öz Nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğun olaraq, ölkə daxilində fəaliyyət göstərmək niyyətindədir. Təsis yığıncağında İctimai Birliyin Nizamnaməsi təsdiq edildi, Nəzarət Təftiş Komissiyasının və İdarə Heyətinin üzvləri səsvermə yolu ilə müəyyən olundu. Bundan əlavə qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcək məsul şəxs Asim Nazimoviç Vəliyev seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA