?irəli? ictimai Birliyi ABŞ Senatı və Nümayəndələr Palatasının qərarı ilə bağlı etiraz bəyanatı verib

img

14-12-2009 [03:12]


?İrəli? İctimai Birliyi ABŞ Senatı və Nümayəndələr Palatasının qərarı ilə bağlı Dağlıq Qarabağ separatçılarına iqtisadi yardım qərarına etiraz edib. Birlik bununla bağlı etiraz bəyanatı da yayıb. ?İrəli? İctimai Birliyi Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda Konqresin Dağlıq Qarabağ separatçılarına iqtisadi yardım paketini qəbul etməsi qəti şəkildə pislənir. Birlik hesab edirlər ki, bu qərarın qəbulu beynəlxalq hüquqa ziddir və ABŞ-Azərbaycan münasibətlərinə, ölkələrarası strateji müttəfiqliyə ciddi şəkildə mane ola bilər: "Hər şeydən əvvəl qeyd olunmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və ABŞ da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın işğalçı fəaliyyətinin nəticəsi olan saxta ?Dağlıq Qarabağ Respublikası? isə heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, buna görə də müstəqil dövlət kimi heç bir qanuni fəaliyyət göstərə bilməz. Belə bir halda ABŞ-ın separatçı rejimə açıq-aşkar yardım etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulmasına gətirib çıxarır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA