Bursada erməni vandalizmindən danızıblar

img

13-12-2009 [05:22]


Türkiyənin Bursa şəhərində ən yeni tariximizdə Türk və İslam dünyasının insan hüquqları sahəsində üzləşdiyi problemlərə həsr olunmuş simpozium keçirilir. Bütün müsəlman ölkələrinin təmsil olunduğu tədbirdə Azərbaycanın tanınmış millət vəkilləri, elm və media nümayəndələri də iştirak edirlər. Bu barədə Türkiyədə elmi fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova məlumat verib. X.Xəlilova deyib ki, simpozium Türkiyə hökuməti və TİKA tərəfindən təşkil olunur: "Toplantıda dünyanın müxtəlif bölgələrində məskunlaşmış türklərin məruz qaldığı haqsızlıqlardan danışılır, problemin həlli yolları barədə fikir mübadiləsi aparılır. Tədbirdə Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı və Fazil Mustafa da çıxış etdilər. Xüsusilə Qənirə Paşayeva geniş çıxış edərək, Dağlıq Qarabağ problemi, ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verdi. Deputat xanım həmçinin, ermənilərin işğal olunmuş ərazilərimizdə çoxlu sayda mədəni və tarixi abidələrimizi dağıtması barədə də toplantı iştirakçılarına məlumat verdi". X.Xəlilova deyib ki, dekabrın 13-də onun çıxışı nəzərdə tutulur. O, öz çıxışında Azərbaycan torpaqlarının işğalı, xüsusilə Xocalı soyqırımı barədə ətraflı məlumat verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA