?Ermənilərin 1918-ci ildə törətdiyi soyqırımın sübutu olan Quba məzarlığı təhlükə qarzısındadır?

img

12-12-2009 [11:14]


"Quba məzarlığında yaranmış vəziyyətlə əlaqədar xəbərlər bizi çox narahat edir. Ermənilərin 1918-ci ildə törətdiyi soyqırımın sübutu olan Quba məzarlığı artıq təhlükə qarşısındadır. Məzarlığın aşkar edilməsindən 2 il vaxt keçməsinə baxmayaraq, erməni vəhşiliklərinin ifşa olunması üçün məzarlıqda gözəçarpacaq heç bir iş görülməmişdir. Bu günlərdə məzarlıqda araşdırmalar aparan mütəxəssislərin də həyacan təbili çalması vəziyyətin qorxulu olmasından xəbər verir. Biz dövlət orqanlarından məsələyə təcili tədbirlər görülməsini tələb edirik. Bu sözlərin sahibi olan ?DİFAİ Təşkilatı?nın sədri Vüqar Həsənbəylinin Müstəqil İnformasiya Agentliyinə bildirdiyinə görə, gələn ilin yanvar ayında 20 nəfərə yaxın silahdaşı ilə Quba məzarlığını ziyarət edəcəklər. Qeyd Qedək ki, Quba məzarlığında aşkarlanan insan sümükləri ilə dolu birinci quyu 2008-ci ilin əvvəlində qrunt sularının axıb sürüşməsi nəticəsində tamamilə yox olmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA