?Dünya ədəbiyyatı? toplusunun nəzri ilə bağlı hər hansı bir problem yoxdur

img

12-12-2009 [04:43]


Məlum olduğu kimi, prezidentin 2007-ci il 24 avqustda 150 cildlik ?Dünya ədəbiyyatı? toplusunun nəşri ilə bağlı sərəncamına əsasən müvaiq tədbirlər həyata keçirilməkdədir. Məlumat üçün bildirək ki, 2008-ci ilin sentyabrın 18-də sözügedən topluya daxil olan kitabların nəşri üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanıb. Toplunun çapa hazırlanmasında elmi-yaradıcı işlərin görülməsi, əsərlərin tərcüməsi Bakı Slavyan Universitetinin kurasiyasına verilib. Kitabların tərtibatını ?Tutu?, çapını isə ?Şərq-Qərb? nəşriyyatı həyata keçirir. Amma ?Yeni Müsavat? qəzetinin yazdığına görə, indiyədək nəşrə hazırlanan kitabların üzərində işləyənlərin pullarının çox hissəsi verilməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən sözügedən topluya daxil olan kitabların bir neçəsinin tərcümə edən tərcüməçi-yazar Nadir Qocabəyli qeyd olunanların həqiqətə uyğun olmadığını bildirib: ?Mən indiyədək Norveç yazıçısı Knut Hamsunun seçilmiş əsərlərini, Argentina yazıçısı Xulio Kortasarın seçilmiş əsərlərini, bir də Braziliya yazıçısı Paulo Koelyonun ?Kimyagər? romanını tərcümə edib Slavyan Universitetinin prorektoru Asif Hacıyevə təqdim eləmişəm. Açığı, bizim aramızda hər hansı problem yaşanmayıb. İşə başlayanda avans şəklində qonorarın müəyyən hissəsi ödənilib. İşlədiyim müddətdə də mərhələ-mərhələ qonorarımı almışam. Yəni bu günə qədər tərcümə etdiyim kitablardan birinin qonaranı tam şəkildə almışam, digərlərinin də üzümüzə gələn ildə veriləcəyi gözlənilir?. Verilən məlumat da o da qeyd olunur ki, indiyə qədər işçi qrupunun zəhmət haqqı ?Şərq-Qərb? nəşriyyatı vasitəsi ilə tənzimlənib. Nadir Qocabəyli deyir ki, yalnız yaradcılıq işi ilə məşğul olduğundan bu barədə məlumatsızdır: ?Heç ehtiyac da yaranmayıb ki, maraqlanım görüm proses necə tənzimlənir. Mən əsərlərin tərcüməsi ilə məşğul olmuşam və problem yaradılmadığına görə də digər məsələlərlə maraqlanmamışam?. Belə bir informasiyanın mətbuata çıxmasının səbəbinə gəlincə, müsahibimiz ?Ola bilsin ki, bu məsələdə kimlərinsə marağı var. Bəlkə də hansısa qrumlar bu işin onlara verilməsini istəyiblər və bunu əldə edə bilmədiklərinə, daha doğrusu tenderdə uduzduqlarına görə müəyyən mənada qısqanclıqla yanaşırlar. Bu səbəbdən də bu işə kölgə salmaq istəyirlər?- söyləyib. N.Qocabəyli onu da nəzərə çatdırdı ki, bundan sonra hansısa problemin olacağına inanmır. Onun sözlərinə görə, bu, konkret müqavilə əsasındə həyata keçirilən bir işdir: ?Bu işi həyata keçirən nəşriyyat da başa düşür ki, müqavilə imzalanan insanların hamısı ziyalı insanlardır, yazı-pozu adamlarıdır. Mənə elə gəlir ki, onlar bu adamları incitməyə risq etməzlər və bunu eləmək istəməzlər. Pullar mərhələ-mərhələ verilir. Sadəcə olaraq, müəyyən yubanmalar var. Bu da çap prosesi ilə bağlıdır. Bildiyimə görə, indiyə kimi 12 kitab çap olunub, şəxsən mənim tərcümə elədiyim kitabların hələ heç biri çap olunmayıb. Ola bilsin ki, sifarişçilər kitablar çap olunandan sonra vəsait ayırmağa üstünlük verirlər. Hesab edirəm ki, sifarişçilər də tərcüməçilərin maddi durumlarının o qədər də ürəkaçan olmadıqlarını başa düşməlidirlər. Vəsaiti də gecikdirməməlidirlər ki, belə söhbətlər yaranmasın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA