FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarzı təbliğatın forma və metodlarından geniz zəkildə istifadə edir

img

12-12-2009 [01:38]


Qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında yanğın təhlükəsizliyi qaydalarının təbliğini gücləndirmək məqsədilə Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin kütləvi tirajla nəşr etdirdiyi plakat və yaddaş vərəqələrində qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin azyaşlı uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması nəticəsində yarana biləcək fövqəladə hallar barədə xəbərdarlıqlar öz əksini tapıb. FHN-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən televiziya kanalları üçün Dövlət Yanğın Nəzarəti Xidmətinin hazırladığı ?Qaz təsərrüfatı: yanğın, partlayış və zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı? adlı qısametrajlı videomaterial da qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının geniş və əhatəli şəkildə təbliğinə xidmət edir. Hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yaşayış yerlərində əhali ilə maarifləndirmə işi aparmaqla yanaşı, nəşr olunmuş yanğına qarşı təbliğat xarakterli çap məhsullarının təhsil və səhiyyə müəssisələrində, ticarət və ictimai iaşə obyektlərində, Bakı Metropoliteninin stansiyalarında, əhalinin daha sıx toplaşdığı digər yerlərdə yayılmasını həyata keçirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA