Prezident ilham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

img

12-12-2009 [12:42]


Bu gün səhər saatlarında prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramını bildirib. Prezident görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə çiçək dəstələri düzüb. Prezidentin ardınca Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri, eləcə də sadə vətəndaşlar Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət axşam saatlarına qədər davam edəcək. Qeyd edək ki, bu gün H. Əliyevin vəfatının 6-cı ildönümüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA